Luiş Fiquya vəzifə verildi - FİFA-da

luis-fiquya-vezife-verildi-
Oxunma sayı: 1872

Məşhur futbolçu, Portuqaliya millisinin keçmiş üzvü Luiş Fiquya FİFA-da vəzifə verilib.

“Qafqazinfo” Eurosport.ru‎-ya istinadən xəbər verir ki, qurumun inkişaf komitəsinin vitse-prezidenti təyin edilib.

Bu qərar FİFA-nın Mexikodakı 66-cı konqresində qəbul edilib.

Qeyd edək ki, daha öncə Fiqu FİFA prezidenti olmaq iddiasına düşsə də, sonradan namizədliyini geri götürmüşdü.