Növbəti mövsümdə hücum xəttini gücləndirmək istəyən “Mançester Yunayted” uzun müddətdir “Real Madrid”dən Alvaro Moratanı almaq istəyirdi.
“Qafqazinfo” Goal-a istinadən xəbər verir ki, “Kral klubu” Morata üçün 90 milyonluq qiyməti aşağı endirmədiyi üçün bu transferdən imtina edilib.
Onun əvəzinə “Everton”un belçikalı hücumçusu Romelu Lukaku ilə razılıq əldə edilib. Məlumata görə, 24 yaşlı futbolçu üçün “Everton”a 85 milyon avro ödəniləcək.
Qeyd edək ki, Lukaku ötən mövsüm “Everton”da 37 oyuna 25 qol vurub və 6 məhsuldar ötürmə edib.
Son xəbərlər
Son Xəbərlər