Lukaku Ronaldonun rekordunu təkrarladı

lukaku-ronaldonun-rekordunu-tekrarladi
Oxunma sayı: 2604

Avropa Liqasının final oyununda “Sevilya” “İnter”ə 3:2 hesabı ilə qalib gəlib.

"Qafqazinfo" xəbər verir ki, həlledici oyunda “neradzurra”nın ilk qolunu vuran Romelu Lukaku tarixi rekordu təkrarlayıb.

Bu qol Lukakunun cari mövsümdə bütün turnirlərdə vurduğu 34-cü qolu olub. Bununla da, o, “İnter”də keçirdiyi ilk mövsümdə ən çox qol vuran futbolçu olub. Bu göstəricidə o, braziliyalı Ronaldonun rekordunu təkrarlayıb.

Ronaldo 1997/98-ci il mövsümündə “İnter”də keçirdiyi ilk mövsümündə 34 qolla yadda qalmışdı.