Lukaku və İbrahimoviç arasında qalmaqal - Video

lukaku-ve-ibrahimovic-arasinda-qalmaqal
Oxunma sayı: 1579

İtaliya kubokunun 1/4 finalında ötən gecə keçirilən “İnter” – “Milan” matçında (2:1) qalmaqal yaşanıb. 

“Qafqazinfo” xəbər verir ki, qarşılaşmanın ilk hissəsində “Milan”ın müdafiəçisi Alessio Romanyoli Romelu Lukakuya qarşı kobud oynayıb. 
Bundan sonra belçikalı forvard Romanyoli ilə mübahisə etməyə başlayıb. Qalmaqala İbrahimoviç də qoşulub. 

Lukakunu təhqir edən İbrahimoviç sarı vərəqə ilə cəzalandırılıb. 58-ci dəqiqədə kobud oyuna görə ikinci sarı vərəqəni alan forvard “qırımızı” ilə meydandan qovulub.