Lukaşenko Azərbaycana yola düşdü

lukasenko-azerbaycana-yola-dusdu
Oxunma sayı: 1933

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə yola düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Belta.by” agentliyi məlumat yayıb.

Səfər çərçivəsində Lukaşenko Prezident İlham Əliyevlə görüşəcək.

Prezidentlər Azərbaycan - Belarus münasibətlərinin əsas istiqamətlərini və ikitərəfli əməkdaşlığın strateji məsələlərini müzakirə edəcəklər.

“Əsas diqqət ticarət-iqtisadi qarşılıqlı əlaqələrin genişləndirilməsinə və əməkdaşlığın inişaf etdirilməsinə yönəldiləcək. Tərəflər sənaye kooperasiya məsələlərini, qida istehsalı və tədarükü, kənd təsərrüfatı məhsullarının emalı ilə bağlı cari və gələcək layihələrin həyata keçirilməsini nəzərdən keçirəcəklər”,-deyə Belarus Prezidentinin Mətbuat xidmətinin ötən gün yayımladığı açıqlamasında qeyd olunub.