Lukaşenko Belarus ordusunun Ukrayna əməliyyatında iştirakını yenə təkzib etdi

lukasenko-belarus-ordusunun-ukrayna-emeliyyatinda-istirakini-yene-tekzib-etdi
Oxunma sayı: 2127

“Belarus Silahlı Qüvvələri Ukraynada xüsusi hərbi əməliyyatda iştirak etmir”.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Bir daha vurğulamaq istəyirəm: biz öz qüvvələrimiz ilə Brestdən Mozıra qədər dövlət sərhədini qoruyuruq. Belarus ordusu Ukraynadakı xüsusi əməliyyatda iştirak etməyib və iştirak etmək niyyətində deyil. Sadəcə buna ehtiyac yoxdur”, - deyə Lukaşenko söyləyib.