Lukaşenko etirazları fəlakət hesab etmir

lukasenko-etirazlari-felaket-hesab-etmir
Oxunma sayı: 3151

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə baş verən etirazlara münasibət bildirib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Sputnik Belarus” xəbər verib.

“Deməzdim ki, hansısa bir fəlakətdir və ya vəziyyət həddindən artıq gərginləşib, amma həlli gərəkən kifayət qədər problemlər və məsələlər var. Biz bu gün baş verənləri artıq tam aydın şəkildə görürük”, - “Sputnik Belarus” Lukaşenkonun sözlərini sitat gətirir.

Qeyd edək ki, nümayişçilər avqustun 9-da, prezident seçkilərinin keçirildiyi vaxt, respublika şəhərlərinin küçələrinə çıxıb. Bazar günündən etibarən icazəsiz aksiyalar davam edir, lakin onlar güc strukturları tərəfindən sərt şəkildə yatırılır. Etirazçılara qarşı hüquq-mühafizə orqanları gözyaşardıcı qaz, su şırnağı, işıq qumbarası və rezin güllələrdən istifadə edirlər. Respublika DİN-in məlumatına görə, iğtişaşlar zamanı bir nəfər həlak olub.