Lukaşenko əyyaşlıq səbəbindən ölənlərə görə qəzəbləndi - Video

lukasenko-eyyasliq-sebebinden-olenlere-gore-qezeblendi
Oxunma sayı: 3016

Belarus Prezidenti Aleksandr Lukaşenko ötən il ölkədə əyyaşlıq səbəbindən dünyasını dəyişən şəxslərin sayını açıqlayıb.

“Qafqazinfo” “Blizko” nəşrinə istinadən xəbər verir ki, Lukaşenko bu barədə ölkədə təhlükəsizliyin və ictimai asayişin təmin edilməsi ilə bağlı bu gün keçirilən iclasda danışıb.

O, sözügedən rəqəmləri açıqlayarkən əsəblərinə hakim ola bilməyib: “1200-ə yaxın insan sərxoş vəziyyətdə boğulub, içkili halda yataqda siqaret çəkərkən yanıb. Ölüm səbəbləri əsas olaraq belədir. Bax bu, heç kimi narahat etmir. Sanki hər şey normaldır! 1200! Əfqan müharibəsində il ərzində bu qədər insan ölməyib”.