Lukaşenkodan idmançılara xəbərdarlıq - “Uduzsanız, ölkəyə qayıtmayın”

lukasenkodan-idmancilara-xeberdarliq
Oxunma sayı: 3064

Belarus prezidenti Aleksandr Lukaşenko idmançıların 2019-cu il nəticələrindən razı qalmayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, Milli Olimpiya Komitəsinin iclasında deyib. O bildirib ki, 2019-cu ildə Belarus idmançıları dünya çempionatlarında cəmi 8 medal qazana biliblər. Lukaşenko xəbərdarlıq edib ki, 2020-ci ildə Tokioda Olimpiya oyunlarından nəticəsiz qayıdan idmançılar, məşqçilər postlarından qovulacaqlar:

“Buna görə də məşqçilər, məsləhətçilər, mütəxəssislər yaxşı fikirləşsinlər. Tokioya turist kimi gedib heç nəsiz qayıtmaqdansa , yaxşısı budur ölkəyə qayıtmasınlar”.