Lukaşenko ilə Nazarbayev arasında telefon danışığı olub

lukasenko-ile-nazarbayev-arasinda-telefon-danisigi-olub
Oxunma sayı: 1446

Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “BELTA”ya Belarus liderinin Mətbuat xidmətindən bildirilib.

Tərəflər ikitərəfli münasibətlərin vəziyyətini və inkişafını, əməkdaşlığın əsas istiqamətlərini müzakirə ediblər.

Bundan başqa, A. Lukaşenko və N. Nazarbayev söhbət zamanı beynəlxalq vəziyyətlə bağlı məsələlərə toxunublar. Qazaxıstanın birinci Prezidenti Belarus ətrafında vəziyyətlə də ətraflı maraqlanıb.

Əsas mövzular arasında “COVID-19” pandemiyası, onunla mübarizə üsulları, eləcə də əhalinin peyvəndlənməsi və vaksinlərin istehsalı olub.

Nazarbayev Lukaşenkonu Qazaxıstana dəvət edib və cavab olaraq, Belarusa səfər etmək dəvəti alıb.