Lukaşenko ilə Putin növbəti dəfə telefonla danışdı

lukasenko-ile-putin-novbeti-defe-telefonla-danisdi
Oxunma sayı: 2295

Belarus Prezidenti Aleksandr Lukaşenko və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. “Qafqazinfo” bildirir ki, bu barədə “BelTA” xəbər verib.

Putin Almaniya Kansleri Angela Merkel və Fransa Prezidenti Emmanuel Makronla Belarus üzrə keçirdiyi söhbətlərdən danışıb.

“Vladimir Putin belaruslu həmkarına Almaniya Kansleri Angela Merkel və Fransa Prezidenti Emmanuel Makronla Belarusdakı vəziyyətə dair danışıqlar barədə məlumat verib”, - məlumatda deyilir.

Xatırladaq ki, siyasətçilər arasında daha əvvəlki telefon danışıqları avqustun 15-də və 16-da baş tutmuşdu.