Lukaşenko ilə Putin Priqojini müzakirə edəcək

lukasenko-ile-putin-priqojini-muzakire-edecek
Oxunma sayı: 1150

Belarus Prezidenti Aleksandr Lukaşenko və rusiyalı həmkarı Vladimir Putin arasında yaxın zamanda görüş olacaq.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə belaruslu lider KİV-lə görüşündə bildirib.

Lukaşenkonun sözlərinə görə, görüş zamanı tərəflər “Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojinla bağlı vəziyyəti müzakirə edəcəklər.

“Biz yaxın zamanda görüşmək razılığına gəldik”, - o deyib.

Daha əvvəl Lukaşenko Priqojinin Rusiyada olduğunu açıqlayıb.