Lukaşenko məmurlara qəzəbləndi - “Hamısını kəsib-doğramaq lazımdır”+ Video

lukasenko-memurlara-qezeblendi
Oxunma sayı: 2916

Belarus prezidenti Aleksandr Lukaşenko Moqilevsk vilayətində “Kupalovskoe” aqroholdinqinə aid müəssisələrə baş çəkən zaman məmurlara qəzəblənib.

“Qafqazinfo”nun “ONT” telekanalına istinadən xəbərinə görə, dövlət başçısı xəbərdarlıq etmədən tövləyə və texnikanın saxlanıldığı sahəyə baş çəkib. 

Bu ərazilərdəki vəziyyətdən narazı qalan, heyvanların baxımsızlıqdan əziyyət çəkdiyini görən Lukaşenko elə oradaca vilayətin qubernatoru Vladimir Domanevskini istefaya göndərdiyini elan edib.

“Axşama kimi masamın üzərində məni burada müşayiət edən hər kəsin siyahısı olsun. Burada qubernator və digərləri ilə yanaşı, cavab verməli olan bir çox adamlar var idi. Hamısını kəsib-doğramaq lazımdır son nəfərədək… Onlara qarşı ən sərt qanunlarla cinayət işi açılmalıdır”, -deyə Lukaşenko bildirib.