Lukaşenko Müdafiə nazirini dəyişdi

lukasenko-mudafie-nazirini-deyisdi
Oxunma sayı: 1965

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin Müdafiə naziri Andrey Ravkovu Viktor Xreninlə əvəzləyib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Xrenin 2015-ci ildən Belarus Silahlı Qüvvələrinin Qərb Əməliyyat Komandanlığının komandiri vəzifəsini icra edib.

Ravkov isə Təhlükəsizlik Şurasının dövlət katibi vəzifəsinə təyin edilib.