Belarus Prezidenti Aleksandr Lukaşenko müdafiə nazirinin müavini general-mayor Andrey Juku vəzifəsindən azad edib.
“Qafqazinfo” “Lenta.ru”ya istinadən xəbər verir ki, Lukaşenko onun yerinə Aleksandr Naumenkonu təyin edib.
Qeyd edək ki, Naumenko indiyədək Silahlı Qüvvələrin Şimal-Qərb Əməliyyat Komandanlığının komandiri olub.