Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə tutduqları postdan getdikdən sonra ittifaq dövlətlərinin gələcək taleyindən narahat olduğunu deyib.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Lukaşenko bununla bağlı nigarançılığını belə ifadə edib: “Biz açıq-aydın bir-birimizə deyirik ki, əbədi deyilik. Nə vaxtsa gedəcəyik. Övladlarımıza nə qoyacağıq? Onlar bizim siyasətimizi necə davam etdirəcəklər? Bu da siyasətçi olaraq bizi narahat etməyə bilməz”.
Son xəbərlər
Son Xəbərlər