Belarus Prezidenti Aleksandr Lukaşenko ikili vətəndaşlığı olan şəxslərin Daxili İşlər Nazirliyində xidmət keçməsini qadağan edən fərmanı təsdiqləyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə respublika prezidentinin mətbuat xidməti məlumat yayıb.
Fərman daxili işlər orqanlarında qulluq keçmə qaydasında edilən dəyişiklik çərçivəsində dərc edilib.
Dəyişikliklər ikili vətəndaşlıqla xidmətə qadağadan əlavə, Daxili İşlər Nazirliyində çalışanlara verilən müavinətlərin artırılmasını nəzərdə tutur.
Həmçinin Belarus Daxili İşlər Nazirliyinə qulluğa qəbul üçün yaş həddi də 25-dən 28-ə qaldırılıb.