Lukaşenko Polşa ilə sərhədə getdi - Fotolar+Video

lukasenko-polsa-ile-serhede-getdi
Oxunma sayı: 2004

Belarus Prezidenti Aleksandr Lukaşenko Polşa ilə sərhədə gedib.

“Qafqazinfo” “Belta”ya istinadən xəbər verir ki, Lukaşenko “Bruzqi” buraxılış məntəqəsinin yaxınlığında nəqliyyat-loqistika mərkəzində miqrant düşərgəsini ziyarət edib.

Belarus Prezidenti hazırda düşərgənin ərazisinə baxış keçirir. Onun miqrantlar qarşısında çıxışı planlaşdırılır.

Lukaşenko sərhədə kiçik oğlu Nikolayla gedib.