Lukaşenko Polşadan ölkəyə mal idxalını qadağan etdi

lukasenko-polsadan-olkeye-mal-idxalini-qadagan-etdi
Oxunma sayı: 947

Belarus gömrükçüləri Polşadan gələn bütün malların ölkəyə buraxılmasını dayandırıblar. “Qafqazinfo” xəbər verir ki, bu barədə Polşanın “Gazeta Wyborcza” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, gömrük xidməti hansı hüquqi akt əsasında fəaliyyət göstərdiyini izah etmir, sadəcə baqajda axtarış aparır və içində Polşa malları olanların girişinə qadağa qoyur.

“Qadağan olunmuş əşyalar” arasında qəhvə paketləri, şokolad barları, tualet kağızının olduğu bildirilib.

Belarus Prezidenti Aleksandr Lukaşenko bu cür tədbirlərlə “Belarusluları Polşa supermarketlərindən qoparmağa çalışır” deyə qəzet yazır.

Bundan əlavə, güman edilir ki, Polşa mallarının idxalına qoyulan qadağa respublikanın getdikcə azalmaqda olan valyuta ehtiyatlarını xilas etmək və Lukaşenkonun Polşa və Litva sərhədlərini bağlamaqla bağlı açıqlamasının boş sözlər olmadığını nümayiş etdirmək məqsədi daşıyır.