Lukaşenko Putindən sonra ona da traktor hədiyyə etdi - Fotolar

Lukaşenko Putindən sonra ona da traktor hədiyyə etdi
Oxunma sayı: 2769

Zimbabvedə rəsmi səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko ölkə Prezidenti Emmerson Mnanqaqvaya traktor hədiyyə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Belarusun “Pul Pervoqo” teleqram kanalı yayıb.  

Məlumata görə, traktor Zimbabve Prezidentinin şəxsi təsərrüfatında istifadə üçün hədiyyə edilib. Mnanqaqva isə öz növbəsində Lukaşenkoya şir müqəvvası hədiyyə edib. 

Xatırladaq ki, Lukaşenko ötən ilin oktyabrında Rusiya Prezidenti Vladimir Putinə də traktor hədiyyə etmişdi.