Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə Rusiya prezidenti Vladimir Putinlə təkbətək görüşü zamanı yanlışlıqla onu baş nazir Dmitri Medvedyevin soyadı ilə çağırıb.
“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Lukaşenko Putini səhvən “Cənab Vladimir Anatolyeviç” deyə çağırıb.
Belarus prezidenti daha sonra “Cənab Vladimir Vladimiroviç, hörmətli Dmitri Anatolyeviç” deyərək üzr istəyib.
Putin isə Lukaşenkonun səhvinə lətifə ilə cavab verib: “Doğrudur, pullar ki, hamısı ordadır”.
Son xəbərlər
Son Xəbərlər