Belarus prezidenti Aleksandr Lukaşenko yaxın zamanlarda rusiyalı həmkarı Vladimir Putinlə hər iki ölkənin hökumət üzvlərinin iştirakı ilə görüş olacağını bəyan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Lukaşenko “Belarus 1” telekanalına intervyusunda bildirib.
Belarus prezidentinin sözlərinə görə, müvafiq razılıq 22 avqustda Soçidə iki ölkə prezidentlərinin danışıqları zamanı əldə edilib.
“Ən önəmlisi, Rusiya prezidenti ilə yaxın bir neçə gündə proqramlarımızda bir fürsət tapacağımıza dair razılığa gəldik. Biz geniş tərkibdə görüşəcəyik və bunu mənə Vladimir Vladimiroviç Putin təklif edib”,- deyə Lukaşenko vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər