Lukaşenkodan tarixi bəyanata münasibət

lukasenkodan-tarixi-beyanata-munasibet
Oxunma sayı: 3269

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllindəki fəaliyyətini və rolunu müsbət qiymətləndirib.

“Qafqazinfo” “BelTA”ya istinadən xəbər verir ki, Lukaşenko bunu Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdə bildirib.

“Mən sizi Qafqazda baş verənlər münasibətilə təbrik etmək istərdim. Sizə sadəcə halaldır. Aydındır ki, tənqidlər və başqa hər şey olacaqdır. Ancaq böyük ölçüdə Rusiya sayəsində bu qırğının dayandırılması, insanların orada həlak olmaması və prinsipcə yolun başında olmağımıza baxmayaraq, Qafqazdakı münasibətləri normallaşdırmaq üçün bu uzun yola başlamağınız çox müsbət və yaxşı bir işarədir”,- deyə Lukaşenko qeyd edib.