Avropa Yayım Birliyi (EBU) Belarusun “Eurovision” mahnısını diskvalifikasiya edib.
“Qafqazinfo” xəbər verir ki, dövlət kanalı BTRC TV-nin seçdiyi “Galasy ZMesta” qrupu ifasında siyasi mesajlara yer verib.
“Ya nauchu tebya” (Mən səni öyrədərəm) mahnısında Prezident Aleksandr Lukaşenkoya sətiraltı dəstək göstərilərək müxalif qüvvələr tənqid olunub. Həmçinin, qrupun digər mahnılarında da dövlət başçısına sətiraltı və birbaşa dəstək özünü büruzə verir.
Mahnının klipi “Eurovision”un rəsmi “Youtube” səhifəsindən də silinib.
Çoxlu sayda müraciətdən sonra EBU bəstə barədə qərar verib və KİV-ə açıqlama yayıb. Bildirilib ki, Avropa Yayım Birliyi Belarus nümayəndə heyətinə göstəriş verərək mahnının dəyişdirilməsini tələb edib:
“Mahnı araşdırıldı, diqqətlə qiymətləndirildi. “Galasy ZMesta” rəqabət qaydalarına riayəti təmin etmək üçün mahnının qeyri-siyasi mahiyyətini şübhə altına saldı. Eyni zamanda, təmsilçiyə göstərilən son reaksiyalar “Eurovision”un nüfuzuna xələl gətirə bilər. BTRC yayımçısına yazdıq və mahnının indiki formada uyğun olmadığını, bununla birlikdə redaktə edilmiş versiyasını və ya yeni bir mahnı təqdim etmələrini bildirdik. Əks təqdirdə, ölkə builki müsabiqədən kənarlaşdırıla bilər”.
Son xəbərlər
Son Xəbərlər