Lukaşenkonun Boltona hədiyyəsi diqqət çəkdi - Foto

lukasenkonun-boltona-hediyyesi-diqqet-cekdi
Oxunma sayı: 2485

Belarus Prezidenti Aleksandr Lukaşenkonun ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltona hədiyyəsi diqqət çəkib.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən məlumatına görə, Belarus lideri ABŞ-lı siyasətçiyə “Prezident” arağı bağışlayıb.

“Bu, mağazada satılmır”, - Lukaşenko deyib.

Bundan əlavə, qonağa Belarus istehsalı olan şokolad da hədiyyə olunub.