Lukaşenkonun bu ölkəyə girişinə qadağa qoyuldu

lukasenkonun-bu-olkeye-girisine-qadaga-qoyuldu
Oxunma sayı: 10835

Litva XİN Belarus Prezidenti Aleksandr Lukaşenkonu ölkəyə girişinə icazə verilməyənlərin siyahısında daxil edib. “Qafqazinfo” “Sputnik Belarus”a istinadən bildirir ki, bu barədə XİN başçısı Linas Linkyaviçüs milli radionun efirində deyib.

“Bu siyahıda 32 nəfər var, o cümlədən Aleksandr Lukaşenko”, - Linkyaviçüs bildirib.  

Daha əvvəl o, tvitterdə bildirmişdi ki, Litva Avropa Şurasının Belarusdakı repressiyalara görə məsul şəxslərə qarşı fərdi sanksiyalar haqqında qərarını alqışlayır.