Lukaşenkonun insult keçirməsi xəbəri yayıldı

lukasenkonun-insult-kecirmesi-xeberi-yayildi
Oxunma sayı: 2113

Belarus prezidenti Aleksandr Lukaşenkonun insult keçirdiyinə dair xəbərlər yayılıb.

“Qafqazinfo”nun Gazeta.ru-ya istinadən məlumatına görə, prezidentin mətbuat katibi Natalya Eysmont yayılan informasiya ilə bağlı açıqlama verib:

“Bu xəbəri yalnız bir sözlə şərh edə bilərəm: Sayıqlamadır. Bu məlumatı yayan media resurslarına isə demək istəyirəm ki, “görməyəcəksiniz””.

Xatırladaq ki, Lukaşenkonun insult keçirməsi səbəbindən Qomel şəhərinə səfərini təxirə saldığı və xəstəxanaya yerləşdirildiyi xəbəri yayılmışdı.