Lukaşenkonun keçmiş müttəfiqi saxlanıldı

lukasenkonun-kecmis-muttefiqi-saxlanildi
Oxunma sayı: 1265

Belarus prezidenti Aleksandr Lukaşenkonun keçmiş müttəfiqi, ölkənin ən varlı biznesmenlərindən biri, “Traypl” holdinq şirkətinin baş direktoru Yuriy Çij hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, onun saxlanılmasını Lukaşenkonun əmr verdiyi bildirilir.

““Traypl”da klassik maskalı şou keçirilib. Hüquq-mühafizə orqanları şirkətin rəhbərlərini həbs edib. Ölkə başçısının əmri olmadan bu hadisə baş verə bilməzdi”, - deyə məlumatda qeyd olunub.