Lukaşenkonun maşınındakı sirli qadın kimdir? - Video

lukasenkonun-masinindaki-sirli-qadin-kimdir
Oxunma sayı: 4293

Belarus prezidenti Aleksandr Lukaşenkonun son video görüntüləri ölkədə əsas müzakirə mövzusu olub.

“Qafqazinfo” Belarus KİV-nə istinadən xəbər verir ki, hər zaman ictimaiyyət arasına, o cümlədən rəsmi görüşlərə kiçik oğlu Nikolayla qatılan prezidentin avtomobilində sirli qadın peyda olub.

“Belarus 1” telekanalında yayımlanan, daha sonra YouTube-a yerləşdirilən həmin görüntülərdə Lukaşenkonun yanında naməlum qadının əyləşdiyi məlum olub. İnternet istifadəçiləri isə “nəhayət ki, belarusların da birinci ledisi olacaq” deyə şərhlər yazırlar.