Bazar ertəsi Belarus Prezidenti Aleksandr Lukaşenkonun Minsk təkərli dartıcılar zavoduna (MZKT) səfəri zamanı ona qarşı təxribat hazırlamaqda şübhəli bilinən üç nəfər saxlanılıb.
“Qafqazinfo” bildirir ki, bu barədə “Sputnik Belarus” xəbər verib.
“Koordinatorlar... zavod işçilərinə necə davranmaq və nə qışqırmağı öyrədirdilər. Onlardan üçü saxlanılıb. Prezident MZKT-də keçiriləcək təxribatlardan xəbərdar olsa da, getmək barədə qərar qəbul edib. Hər şey metodiki vasitələrdə yazıldığı kimi idi: bir neçə nəfər “get” deyə qışqırırdı, Prezident cavab verdi”, - məlumatda deyilir.
***
Belarus milisi Lukaşenkoya qarşı təxribat hazırladığı iddia edilən həmin üç nəfəri profilaktik söhbətdən sonra sərbəst buraxıb. “Qafqazinfo” bildirir ki, bu barədə “TASS”a Minsk şəhər İcra Komitəsinin Daxili İşlər İdarəsinin Mətbuat Xidmətinən məlumat verilib.
“Onlar saxlanılmayıb, hüquq mühafizə orqanlarına gətirilib, onlarla profilaktik söhbət aparılıb və onlar buraxılıb”, - Mətbuat Xidmətindən bildiriblər.
Daha əvvəl Belarusun “STV” dövlət telekanalı da MZKT-də Lukaşenkoya qarşı təxribat hazırlayan üç nəfərin saxlanılması barədə xəbər vermişdi.
Son xəbərlər
Son Xəbərlər