“Lukoil” şirkətinin vitse-prezidenti, Moskvanın “Spartak” futbol klubunun sahibi Leonid Fedun koronavirusa yoluxub. “Qafqazinfo” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 64 yaşlı biznesmen xəstəxanaya yerləşdirilib, müalicə alır.
Qeyd edək ki, L. Fedun “Spartak”ın 32,7% -lik payına sahibdir və klub prezidentidir. 1994-cü ildən etibarən “Lukoil” şirkətinin vitse-prezidenti vəzifəsini icra edir.

O, “Lukoil”in prezidenti, azərbaycanlı iş adamı Vahid Ələkbərovdan sonra şirkətin ikinci ən böyük səhmdarıdır. Belə ki, neft şirkətinin təxminən 10%-nə sahibdir.
“Forbes” jurnalı Fedunun sərvətini 6,3 milyard dollar dəyərində qiymətləndirir.
Son xəbərlər
Son Xəbərlər