Lüksemburqun baş naziri Ksavye Bettel də koronavirusa yoluxub.
"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, o, bu səbəbdən 10 gün karantində qalacaq və vəzifəsini məsafədən icra edəcək.
Məlumata əsasən, K.Bettel xəstəliyi yüngül formada keçirir.
Qeyd edək ki, Lüksemburqun baş nazirinə mayın əvvəlində vaksinin birinci dozası vurulub, ikinci doza isə gələn həftə vurulmalı idi.
Son xəbərlər
Son Xəbərlər