Lunyov yarışdan imtina etdi - İslamiadanın qalibi 20-ci oldu

lunyov-yarisdan-imtina-etdi
Oxunma sayı: 691

Qəbələdə keçirilən güllə atıcılığı üzrə Dünya Kuboku davam edir. “Qafqazinfo” xəbər verir ki, 8 dəst medalın sahibini tapdığı gündə Rəhim Rəhimov və Ruslan Lunyov da yarışıb. 

Lunyov 10 metr məsafəyə atəş açmaqda yarışa qatılmayıb. O, start xəttinə çıxmaqdan imtina edib. 

Tahir Əhmədzadə bu növdə 56-cı, Rəhim Rəhimov 58-ci olub. 

10 metr məsafəyə atəş açmaqda qadın idmançılardan İslamiadanın qalibi Nigar Nəsirova 20-ci, Zərifə Qasımova, 38-ci, Nəzrin Abbaslı 55-ci olub.