Luqansk Hərbi Administrasiyasının rəhbəri istefa verdi

luqansk-herbi-administrasiyasinin-rehberi-istefa-verdi
Oxunma sayı: 2001

Ukraynanın Luqansk Vilayəti Hərbi Administrasiyasının rəhbəri Sergey Qayday istefa ərizəsi yazıb.

“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə “Avropa həmrəyliyi” partiyasından olan xalq deputatı Aleksey Qonçarenko bildirib.

“Bu gün Sergey Qayday Luqansk Vilayət Hərbi Administrasiyasının rəhbəri vəzifəsindən istefa verdi. Onun tezliklə Qazaxıstana səfir təyinatı olacaq”, - deyə o vurğulayıb.