Ukraynanın Baş Prokuroru Yuri Lutsenko vəzifəsindən ayrıla bilər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Lutsenko özü “TASS”a açıqlamasında deyib. Ölkə rəsmisi istefa verməyə hazır olduğunu bildirib:
“Parlamentin verəcəyi hər hansı qərara hazıram. Onların hazırlayacağı raportu gözləyirəm. Bir qərar verilsə, istefa verib vəzifəmi xələfimə təhvil verəcəyəm”.
Baş Prokuror eyni zamanda əlavə edib ki, vəzifədən getməyi üçün hər hansı mənəvi və ya hüquqi əsas görmür.
Qeyd edək ki, Ukraynanın yeni Prezidenti Vladimir Zelinski kadr dəyişikliyi çərçivəsində Yuri Lutsenkonun “köhnə komanda”ya aid olduğunu bildirmişdi.
Son xəbərlər
Son Xəbərlər