Parisin məşhur “Luvr” muzeyinin işçiləri turist axınına görə bir günlük tətil elan ediblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə muzeyin rəsmi tvitter səhifəsində məlumat yerləşdirilib.
““Luvr” yüksək turist axınına qarşı etiraz edən işçilərimizin və təhlükəsizlik xidmətlərinin tətili səbəbiylə 27 may tarixində bağlı olacaq”, - deyə muzeyin məlumatında vurğulanıb.
Bəyanatda qeyd olunub ki, son 10 ildə muzeyə turist axını 20 faizə qədər yüksəlib, işçilərin sayı isə əksinə, azalıb.

Son xəbərlər
Son Xəbərlər