Lvovda Rusiyanın mümkün hücumu halında heykəllərin və abidələrin təhlükəsizliyini təmin etmək qərarına gəliblər.
“Qafqazinfo” unian.net-ə istinadən xəbər verir ki, hazırda fiziki cəhətdən sökülə bilən abidələr çıxarılaraq anbarlara aparılır.
Sökülə bilməyənlər parça, şüşə yundan və folqadan hazırlanmış xüsusi materialla bükülür.
Bildirilir ki, belə bir qərar mədəni irsin hücumlardan qorunması məqsədilə verilib.



Son xəbərlər
Son Xəbərlər