Ukraynanın Lvov şəhərində bir neçə partlayış səsi eşidilib.
“Qafqazinfo” “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə məlumatı şəhərin meri Andrey Sadovıy açıqlayıb.
O, şəhər sakinlərini sığınacaqlarda qalmağa çağırıb.
Şahidlər şəhərin bölgələrindən birində qatı tüstü gördüklərini bildiriblər. Hazırda şəhərdə hava hücumu təhlükəsi elan olunub.
Son xəbərlər
Son Xəbərlər