Lyaşko Poroşenkonu güllələməyi təklif etdi - Video

lyasko-porosenkonu-gullelemeyi-teklif-etdi
Oxunma sayı: 1333

Ukrayna prezidentliyinə namizəd Oleq Lyaşko Ali Radada ölkənin müdafiə kompleksində oğurluq məsələsindən danışıb.

"Qafqazinfo” “Ren TV”yə istinadən xəbər verir ki, Lyaşko çıxışında “Poroşenko və komandası”nın Donbasdakı hadisələr zamanı milyardlarla pulu mənimsədiklərini deyib. Radikal partiyanın lideri orduda oğurluqlarla bağlı müvəqqəti istintaq komissiyasının yaradılmasına çağırış edib.

Lyaşko hesab edir ki, irəli sürülən ittihamlar təsdiq olunarsa, Ukrayna prezidenti dövlətə xəyanətə görə güllələnməlidir.