Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel Kiyev vilayətinin Buça şəhərinə gediblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal teleqram kanalında məlumat verib.
“Biz Buçaya baş çəkdik. Mən Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə, Aİ-nin ali nümayəndəsi Cozef Borrell və Slovakiyanın baş naziri Eduard Hegerə Rusiya hərbçilərinin Ukrayna vətəndaşlarına qarşı törətdiyi vəhşilikləri göstərdim. Biz bütün məsuliyyət daşıyanların beynəlxalq cinayət məsuliyyətinə cəlb edilməsində Aİ-nin dəstəyinə ümid edirik”, - Şmıqal qeyd edib.
Son xəbərlər
Son Xəbərlər