Lyubov Sobol axtarışa verildi

lyubov-sobol-axtarisa-verildi
Oxunma sayı: 2779

Rusiya müxalifətinin lideri Aleksey Navalnının rəhbərlik etdiyi Korrupsiya ilə mübarizə fondunun keçmiş hüquqşünası Lyubov Sobol barəsində axtarış elan olunub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin məlumatında deyilir. Bildirilir ki, 1987-ci il təvəllüdlü Sobol Rusiya Cinayət Məcəlləsinin maddəsi üzrə axtarışa verilib. Detallar açıqlanmayıb. 

Qeyd edək ki, Lyubov Sobolun bu il avqustun 7-də Vnukovo hava limanından İstanbula, daha sonra Vilnüsə uçması xəbəri yayılıb.