M8 avtobusunda gediş haqqı azaldıldı

m8-avtobusunda-gedis-haqqi-azaldildi
Oxunma sayı: 2868

M8 ekspress xətti (Maştağa qəsəbəsi-“Gənclik” m/st) adi rejimə keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, bu haqda Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli tvitterdə məlumat yayıb. O qeyd edib ki, bu addım vətəndaşların rahatlığı nəzərə alınaraq atılıb. 

V. Kərimli bildirib ki, daimi sərnişinlərə xidmət edəcək xətt üzrə gediş haqqı tarifi 0.40 AZN-dən 0.35 AZN-ə dəyişdirilib.