Müğənni Petek Dinçöz bir dövr aparıcılıq etdiyi “Arım balım peteğim” proqramını ərsəyə gətirən şirkəti məhkəməyə verib.
“Qafqazinfo” xəbər verir ki, sənətçi ATV kanalında yayımlanan verilişin baş prodüserindən 12 milyon TL (2 920 800 AZN) təzminat tələb edib.
Buna səbəb “Senkron TV”nin ona maaşını və orkestr üçün nəzərdə tutulan qonorarı verməməsidir.
Sözügedən şirkət şikayətə etiraz etsə də, qərar dəyişməyib.
Faktla bağlı araşdırma davam edir.
Son xəbərlər
Son Xəbərlər