Macarıstan - Azərbaycan oyununun hakimləri açıqlandı

Macarıstan - Azərbaycan oyununun hakimləri açıqlandı
Oxunma sayı: 660

Avro-2020-nin seçmə mərhələsinin Macarıstan - Azərbaycan oyunu üçün hakim təyinatları açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, matçın baş hakimi Hollandiya Futbol Federasiyasından Dennis Higler olacaq. Ona Yohan Balder və Joost van Zuilen kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Bas Nijhuis yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 13-ü Budapeştdəki "Groupama Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi