“Bu gün strateji dialoq çərçivəsində iki ölkə arasında yüksəksəviyyəli əməkdaşlıq və digər məsələləri müzakirə etdik”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə birgə mətbuat konfransında deyib.
“Azərbaycanla Macarıstan arasında çoxtərəfli platformalarda səmərəli əməkdaşlığımız mövcuddur. Bu gün müzakirələr çərçivəsində Azərbaycanla Macarıstan arasında iqtisadi ticarət, qarşılıqlı investisiyalar məsələlərini müzakirə etdik. Ötən il ticarət dövriyyəsində əhəmiyyətli artım qeydə alınıb. Macarıstan Bakı- Tbilisi-Ceyhan layihəsində 8,9 faiz paya malikdir”, - deyə C. Bayramov qeyd edib.
Nazir Macarıstanın Azərbaycan qazı alıcıları sırasında olduğunu da xatırladıb: “Macarıstan şirkəti “Şahdəniz” yatağına da iştirakçı qismində daxil olub və bu da Azərbaycan-Macarıstan əməkdaşlığının yüksək göstəricisidir”.
***
C. Bayramov, həmçinin qeyd edib ki, Macarıstan şirkətləri artıq Qarabağ bölgəsində də fəal iştirak edirlər: “Cəbrayılın Soltanlı qəsəbəsində inkişaf və tikinti işləri macar şirkətləri tərəfindən həyata keçirilir”.
***
Nazirin sözlərinə görə, normallaşma prosesində yeni məqam Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiyasıdır: “Azərbaycan sülh gündəliyinə sadiqdir və biz tərəfimizdən növbəti addımları atmağa hazırıq”.
Günel İbrahimova
Son xəbərlər
Son Xəbərlər