Macarıstan mediası “Bakı-2015”-dən yazdı

macaristan-mediasi-baki-2015-den-yazdi
Oxunma sayı: 678


Diasporla İş üzrə Dövlət Komitəsindən "Qafqazinfo"ya daxil olan məlumata görə, “Bakının siması” və “Bakı hazırdır” başlıqları ilə yerləşdirilən məqalələrdə Azərbaycan, onun iqtisadiyyatı, neft sənayesi, eləcə də Bakının tarixi, görməli yerləri, inkişafı haqqında geniş məlumat verilib. 

Məqalələrdə əsas diqqət isə Bakının ev sahibliyi edəcəyi İlk Avropa Oyunlarına ayrılıb. “Bakı hazırdır” sərlövhəli yazıda bildirilir ki, Azərbaycanın paytaxtı dünyanın onlarla ölkəsindən minlərlə idmançını qəbul etmək üçün artıq hazırdır və yeni tikilən möhtəşəm idman arenaları artıq azarkeşləri gözləyir.

İlk Avropa Oyunları barədə macar oxucuları ətraflı məlumatlandıran yazıda daha sonra qeyd olunub ki, Oyunlarda 6 min idmançı 239 dəst medal uğrunda mübarizə aparacaq, ümumilikdə isə idmanın 19 növü üzrə yarışlar keçiriləcək, idmanın 8 növü üzrə 2016-cı ildə Rio de-Janeyroda təşkil olunacaq Yay Olimpiya Oyunlarına lisenziya veriləcək.