Macarıstan prezidenti noyabrda gələcək

macaristan-prezidenti-noyabrda-gelecek
Oxunma sayı: 637

Bu barədə çərşənbə axşamı Trend-ə Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora deyib.

Bu, Macarıstan Prezidentinin Azərbaycana ilk səfəridir.

Səfər zamanı iki ölkənin əməkdaşlığına dair məsələlərin geniş müzakirəsi nəzərdə tutulub.

Hökumət üzvləri ilə yanaşı, Şmitti işgüzar dairələrin nümayəndələri də müşayiət edəcəklər.

Bakıda ticari-iqtisadi əməkdaşlığa dair Azərbaycan-Macarıstan hökumətlərarası komissiyanın ikinci iclasının keçirilməsi də planlaşdırılır. Komissiyanın birinci iclası 2010-cu il fevralın 23-də Budapeştdə keçirilib. Orada ikitərəfli iqtisadi əlaqələrin cari vəziyyəti və əməkdaşlığın inkişaf perspektivləri, xüsusən neft-kimya sahəsində, kənd təsərrüfatı, turizm və tikinti sektorlarında çatdırılmaların təhlükəsizliyinin təmin olunması müzakirə olunub.

Azərbaycan Statistika Komitəsinin məlumatına görə, yanvar-iyul aylarında iki ölkə arasında mal dövriyyəsi 9,9 milyon dollar olub.