Macarıstan Prezidentindən Azərbaycana başsağlığı

macaristan-prezidentinden-azerbaycana-bassagligi
Oxunma sayı: 3229

"Azərbaycanın İrandakı səfirliyində baş vermiş dəhşətli hadisə zamanı həlak olan şəxsin ailəsinə və Azərbaycana dərin hüznlə başsağlığı verirəm".

“Qafqazinfo” xəbər verir ki, bunu Macarıstan Prezidenti Katalin Novak tviter hesabında bildirib.

"Diplomatik nümayəndəliklərə və onların əməkdaşlarına edilən istənilən hücumu qətiyyətlə pisləyirəm", - deyə Macarıstan Prezidenti qeyd edib.