Macarıstan rəhbərliyi amerikalı senatorları qəbul etmək istəmədi

macaristan-rehberliyi-amerikali-senatorlari-qebul-etmek-istemedi
Oxunma sayı: 1497

Macarıstan rəhbərliyi Budapeştdə səfərdə olan amerikalı senatorları qəbul etməkdən imtina edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “The Washington Post” yayıb.

Məlumata görə, senatorların səfərinin məqsədi Macarıstanı İsveçin NATO-ya üzvlüyünü dərhal təsdiq etməyə çağırmaq olub. 

Senatorlardan biri Kris Merfi Viktor Orban hökumətinin görüşdən imtina etməsini “qəribə və həyəcan doğuran” adlandırıb.

Qeyd edək ki, Macarıstan alyans üzvləri arasında İsveçin NATO-ya üzvlük ərizəsini ratifikasiya etməyən yeganə ölkədir. Ölkə İsveçin ərizəsini təsdiq etməyi 18 aydan çox müddət ərzində gecikdirdiyindən beynəlxalq tərəfdaşları tərəfindən təzyiqlərə məruz qalır.