Macarıstanda avtomobilə çırpılan qatar relsdən çıxdı - Ölən və yaralananlar var

macaristanda-avtomobile-cirpilan-qatar-relsden-cixdi
Oxunma sayı: 924

Macarıstanın cənubunda qatar avtomobilə çırpılıb və zərbənin təsirindən relsdən çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Associated Press” agentliyi yayıb.

Hadisə nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, qəza Bakı vaxtı ilə təqribən 09:00-da baş verib. Məlum olub ki, avtomobil dəmir yoluna çıxıb və bu səbəbdən də qatar ona çırpılıb.